Çar bombası
AN602 adlı hidrogen silahının kod adıdır, hansı ki, tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahıdır / From Wikipedia, the free encyclopedia
Çar bombası (rus. Царь-бомба) — tarixdə sınaqdan keçirilmiş ən güclü nüvə silahı olan AN602 adlı hidrogen bombasının kod adı. Bu silah 30 oktyabr, 1961-ci ildə Novaya Zemlya adasında, Suxoy Nos məntəqəsində sınaqdan keçirilmişdir. SSRİ-də yaradılmış bu silah 50-58 meqaton gücündə olub. Buna bəzən Kuzkinanın anası da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir və Nikita Xruşşov tərəfindən 1960-cı ildə BMT baş assambleyasında ABŞ-yə öz nüvə potensialını göstərmək kimi işlədilir.
Cəld faktlar Ölkə, İstehsal tarixçəsi ...
Çar bombası | |
---|---|
Ölkə | |
İstehsal tarixçəsi | |
Konstruktor | Yuli Xariton |
Konstruksiya tarixi | 1956 |
İstehsalçı | Sovet Sosialist Respublikaları İttifaqı |
Xüsusiyyətləri | |
Ağırlığı | 27 t |
Uzunluğu |
|
Eni | 2.100 mm |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Çar bombasının müxtəlif kod adları vardır. Bunlar Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya kodadı, Böyük İvan, Kuzkinanın anası və s. adlar daxildir.