Çexiya
From Wikipedia, the free encyclopedia
Çexiya (çex. Česko) və ya rəsmi adı ilə Çex Respublikası (çex. Česká republika) — Mərkəzi Avropada yerləşən dənizə çıxışı olmayan dövlət. Tarixən Bohemiya[4] kimi tanınan ölkə cənubda Avstriya, qərbdə Almaniya, şimal-şərqdə Polşa və cənub-şərqdə Slovakiya ilə həmsərhəddir.[5] Çex Respublikası əsasən mülayim kontinental və dəniz iqlimi olan 78.871 kv. km. (30.452 kv. mil) ərazini əhatə edən dağlıq ölkədir. Paytaxtı və ən böyük şəhəri Praqadır. Digər böyük şəhərlərinə Brno, Ostrava, Plzen və Liberets daxildir.
Çexiya | |||||
---|---|---|---|---|---|
Česká republika | |||||
| |||||
çex. "Pravda vítězí" | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Praqa | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Miloş Zeman[ 8.III.2013 ] | ||||
Baş nazir | Petr Fiala[ 28.XI.2021 ] | ||||
Sahəsi | Dünyada 117-ci | ||||
• Ümumi | 78900 km² | ||||
• Su sahəsi (%) | 2 % | ||||
Əhalisi | |||||
• Əhali | 10,5 milyon nəfər (87-ci) | ||||
• Siyahıyaalma (26.III.2011) | 10 562 214 nəf. | ||||
• Sıxlıq | 133 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 314,6 milyard dollar (52-ci) | ||||
• Adambaşına | 29 900 dollar (59-cu) | ||||
Valyuta | Çex kronu[1][2] | ||||
İnternet domeni | .cz | ||||
ISO kodu | CZ | ||||
BOK kodu | CZE | ||||
Telefon kodu | +420 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bohemiya hersoqluğu IX əsrin sonlarında Böyük Moraviyanın tərkibində qurulmuşdur. Rəsmi şəkildə 1002-ci ildə Müqəddəs Roma imperiyasının imperiya dövləti kimi tanındı və 1198-ci ildə krallığa çevrildi.[6][7] 1526-cı ildə Mohaç döyüşündən sonra Bohemiyanın bütün kral torpaqları tədricən Habsburq monarxiyasına birləşdirildi. Təxminən 100 il sonra protestant Bohemiya üsyanı Otuzillik müharibəyə səbəb oldu. Ağ Dağ döyüşündən sonra Habsburqlar öz hakimiyyətini möhkəmləndirdilər. 1806-cı ildə Müqəddəs Roma imperiyasının dağılması ilə kral torpaqları Avstriya imperiyasının bir hissəsi oldu.
Çexiya XIX əsrdə daha çox sənayeləşdi və 1918-ci ildə böyük hissəsi I Dünya müharibəsindən sonra Avstriya-Macarıstanın dağılmasının ardınca Birinci Çexoslavakiya Respublikasının hissəsi oldu.[8] Çexoslovakiya Mərkəzi və Şərqi Avropada bütün müharibələr arası dövr ərzində parlamentar demokratiya olaraq qalan yeganə ölkə idi.[9] 1938-ci ildə Münhen sazişindən sonra nasist Almaniyası sistemli şəkildə Çexiya torpaqlarına nəzarəti ələ keçirdi.
Çexoslovakiya 1945-ci ildə bərpa olundu və üç il sonra 1948-ci ildə dövlət çevrilişinin ardınca ardınca Şərq bloku kommunist dövlətinə çevrildi. Hökuməti və iqtisadiyyatı liberallaşdırmaq cəhdləri 1968-ci ildə Praqa baharı zamanı sovet qoşunlarının ölkəyə hücumu ilə yatırıldı. 1989-cu ilin noyabrında Məxməri inqilab ölkədə kommunist idarəçiliyinə son qoydu və demokratiyanı bərpa etdi. 31 dekabr 1992-ci ildə Çexoslovakiya sülh yolu ilə dağıldı, onun tərkib hissəsi olan dövlətlər Çexiya və Slovakiya müstəqil dövlətlər oldu.
Çexiya unitar parlamentli respublika və qabaqcıl, yüksək gəlirli sosial bazar iqtisadiyyatına malik inkişaf etmiş ölkədir. O, Avropa sosial modeli, universal səhiyyə və ödənişsiz universitet təhsili olan sosial dövlətdir. Ölkə İnsan İnkişafı İndeksində 32-ci yerdədir. Çexiya BMT, NATO, Avropa İttifaqı, İƏİT, ATƏT, Avropa Şurası və Vişeqrad qrupunun üzvüdür.