İkinci Dünya müharibəsində Şərq cəbhəsi
From Wikipedia, the free encyclopedia
Şərq cəbhəsi (alm. die Ostfront, ing. Eastern Front)[9], Böyük Vətən müharibəsi (rus. Великая Отечественная война, translit. Velikaya Oteçestvennaya Voyna) və ya Almaniya–SSRİ müharibəsi (ing. German-Soviet War)[10] — İkinci dünya müharibəsi illərində Şərqi Avropa, Mərkəzi Avropa və Balkan yarımadasında Berlin-Roma-Tokio oxu və Finlandiya ilə SSRİ, Polşa və Antihitler koalisiyası arasında 22 iyun 1941–9 may 1945-ci illərdə baş vermiş müharibə cəbhəsi.
Şərq cəbhəsi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix |
22 iyun 1941 – 25 may 1945[qeyd 1] (3 il, 11 ay və 3 gün) |
||
Yeri | Şərqi Avropa, Mərkəzi Avropa və Balkan yarımadası | ||
Səbəbi | Üçüncü Reyxin Barbarossa əməliyyatına start verməsi | ||
Nəticəsi |
SSRİ-nin qələbəsi
|
||
Ərazi dəyişikliyi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq cəbhəsində baş verən döyüşlər tarixin ən böyük hərbi qarşıdurmaları olmuşdur.[11] Onlar tarixdə görünməmiş vəhşilik, genişmiqyaslı dağıntılar, kütləvi deportasiyalar və çoxlu insanın döyüş, aclıq, xəstəlik və qırğınlara görə həyatını itirməsi ilə xarakterizə edilir. Şərq cəbhəsi demək olar ki, bütün həbs düşərgələrinin fəaliyyət göstərdiyi, gettoların tərtib edildiyi və poqromların, Holokostun baş verdiyi yer hesab edilir. İkinci Dünya müharibəsində təxminən 70 milyon nəfər həlak olmuşdursa, bu ədədin 30 milyonu Şərq cəbhəsinə aiddir. Şərq cəbhəsi İkinci Dünya müharibəsinin Avropa hissəsinin nəticəsini müəyyənləşdirmədə həlledici rol oynamışdır və Üçüncü Reyxin məğlub olmasının əsas səbəbidir.
Cəbhənin iki əsas döyüşçü tərəfi Üçüncü Reyx və Sovet İttifaqı idi. Şərq cəbhəsinin hərbi əməliyyatlarında iştirak etməyən ABŞ və Böyük Britaniya Sovet İttifaqına lend-liz şəklində çoxlu yardım göstərmişdir.