İrma Qreze
From Wikipedia, the free encyclopedia
İrma İda İlza Qreze (alm. Irmgard Ilse Ida Grese, 7 oktyabr 1923 † 13 dekabr 1945) — SS qoruma eskadrasına xidmət göstərən qadın idi[1], o, həmçinin Ravensbrük və Osvensim (Auşvitz) nasist konsentrasiya düşərgələrinin nəzarətçisi və Bergen-Belzendə qadın bölməsinin rəisi idi[2].
Cəld faktlar Digər adları, Doğum tarixi ...
İrma Qreze | |
---|---|
Irma Grese | |
| |
Digər adları |
Gözəl bədheybət Die Hyäne von Auschwitz (Auşvitz kaftarı) |
Doğum tarixi | |
Doğum yeri | Feldberger Zeenlandşaft, Azad Meklenburq-Ştrelitz dövləti, Veymar Respublikası |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Bergen-Belzen, Aşağı Saksoniya |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri | Hameln, Almaniya |
Atası | Alfred Qreze |
Anası | Berta Qreze |
Fəaliyyəti |
SS qoruma eskadrası, Həbs düşərgələrinin nəzarətçisi Fəaliyyət illəri: 1942–1945 |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Qreze Bergen-Belzen və Osvensimdə insanlığa qarşı törətdiyi cinayətlərə görə, məhkəmənin yekdil qərarı ilə asılmaqla ölümə məhkum olunmuşdur. 22 yaşında edam olunan İrma, həm də XX əsr Britaniya məhkəmə qanunlarına uyğun olaraq öldürülən ən gənc qadın idi. Konsentrasiya düşərgələrinin məhbusları onu öz aralarında Osvensim kaftarı (alm. die Hyäne von Auschwitz) adlandırırdılar[3][4][5][6].