İsveçrə
Mərkəzi Avropa dövləti / From Wikipedia, the free encyclopedia
İsveçrə (alm. Schweiz, fr. Suisse, it. Svizzera, romanş Svizra) və ya rəsmi adı ilə İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) – Qərbi Avropada yerləşən suveren dövlət. 26 kantondan ibarətdir. Federal hökumətlərin hər biri ölkənin faktiki paytaxtı hesab olunan Bern şəhərində yerləşir. Qərbi, mərkəzi və cənubi Avropada yerləşən bu federal respublika cənubdan İtaliya, qərbdən Fransa, şimaldan Almaniya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir.[6] İsveçrə ümumi ərazisi 41,285 kvadrat kilometr təşkil edən, coğrafi cəhətdən Alp dağları, İsveçrə platosu və Yura dağları arasında yerləşən ölkədir. Alp dağları ölkənin böyük hissəsini əhatə edir. Əhalinin sayı təqribən 8 milyon nəfərə çatır ki, bunun da əksər hissəsi İsveçrə platosunda yaşayır. Ölkənin ən böyük şəhərləri hesab edilən Sürix və Cenevrə də həmin platoda yerləşmişdir.
İsveçrə | |||||
---|---|---|---|---|---|
alm. Schweizerische Eidgenossenschaft fr. Confédération suisse it. Confederazione Svizzera romanş Confederaziun svizra | |||||
| |||||
Unus pro omnibus omnes pro uno lat. Bir nəfər hamı, hamı bir nəfər üçün | |||||
Himn: İsveç zəburu |
|||||
Tarixi | |||||
• Yaradıldı | 1 avqust 1291 | ||||
• Federal dövlət | 12 sentyabr 1848 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Yoxdur (de yure), Bern (de fakto) | ||||
İdarəetmə forması | Birbaşa demokratiya elementləri olan federal məclis-müstəqil direktor respublikası | ||||
Prezident | Viola Amqerd | ||||
Vitse prezident | Karin Keller-Sutter | ||||
Sahəsi | Dünyada 133-cü | ||||
• Ümumi | 41,285 km2 km² | ||||
• Su sahəsi (%) | 4.34 (2015) | ||||
Əhalisi | |||||
• Əhali | 8,738,791 [2] nəfər (99-cu) | ||||
• Siyahıyaalma (2015) | 8,738,791 nəf. | ||||
• Sıxlıq | 207 nəf./km² (48-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $774.472 milyard dollar (36-cı) | ||||
• Adambaşına | $88,625 dollar (6-cı) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | $869.601 milyard dollar (20-ci) | ||||
• Adambaşına | $98,767 dollar (4-cü) | ||||
İİİ (2021) | 0.962 (artım; 1-ci) | ||||
Valyuta | İsveçrə frankı[3] | ||||
İnternet domeni | .ch[4] | ||||
ISO kodu | CH | ||||
BOK kodu | SUI | ||||
Telefon kodu | +41 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][5] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Qədim İsveçrə Konfederasiyasının əsasının qoyulması orta əsrlər dövrünə təsadüf edir. Avstriya qraflığı və Burqundiya hersoqluğuna qarşı həyata keçirilən ardıcıl hərbi uğurlar nəticəsində həmin konfederasiyanın əsası qoyulmuşdur. 1648-ci ildə imzalanmış Vestfaliya sülhü nəticəsində İsveçrənin Müqəddəs Roma İmperiyasından ayrılaraq müstəqillik əldə etməsi formal olaraq tanınmışdır. İsveçrə Konfederasiyasının uzun bir silahlı tərəfsizlik tarixi vardır. Bu ölkə 1815-ci ildən bu yana heç bir müharibədə iştirak etməmiş və yalnızca 2002-ci ildə BMT-yə üzv olmuşdur. Buna baxmayaraq, İsveçrə hal-hazırda aktiv xarici siyasət yürüdür və tez-tez dünya miqyasında sülh yaratma missiyalarında iştirak edir.[7] Bu ölkə eyni zamanda Qırmızı Xaçın yaradıldığı ölkədir və BMT-nin ikinci böyük mərkəzi olan Cenevrə ofisi də daxil olmaqla bir çox beynəlxalq təşkilata ev sahibliyi edir. Avropa səviyyəsində Avropa Sərbəst Ticarət Birliyinin qurucu üzvlərindəndir və Şengen zonasına daxildir. Buna baxmayaraq, Avropa İttifaqı, Avropa iqtisadi zonası və ya Avrozonanın tərkib hissəsi deyil.
İsveçrə dörd mühüm linqvistik və mədəni regiondan ibarətdir: alman, fransız, italyan və roman. Əhalinin əksər hissəsi alman dillidir.[8] İsveçrə Konfederasiyasının qurulması tarixi ənənəvi olaraq 1 avqust 1291-ci il olaraq qəbul edilir və hər il bu tarix İsveçrə Milli Günü olaraq qeyd edilir.
İsveçrə dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri hesab olunur. Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsasən İsveçrə adambaşına düşən zənginlik səviyyəsinə görə ilk yerdə, adambaşına düşən ÜDM həcminə görə isə səkkizinci yerdədir.[9][10]