ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi (2003)
From Wikipedia, the free encyclopedia
ABŞ və onun müttəfiqləri tərəfindən İraqa müdaxilə, rəsmi olaraq "İraqın azadlığı" əməliyyatı” — ABŞ və müttəfiqlərinin Səddam Hüseyn rejimini devirmək üçün 2003-cü ildə İraqa qarşı həyata keçirdikləri hərbi əməliyyat. İraq ordusuna qarşı "şok və titrəyiş" doktrinasına əsaslanan hərbi əməliyyatlar martın 20-də başladı və aprelin 9-da Amerika qoşunlarının İraqın paytaxtı Bağdadı tutması ilə başa çatdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş (kiçik) aktiv hərbi əməliyyatların başa çatdığını elan etdi.
ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi | |
---|---|
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi əməliyyatların başlanmasının rəsmi səbəbi kimi Birləşmiş Ştatlar rejimin beynəlxalq terrorizmlə, xüsusən də "Əl-Qaidə" hərəkatı ilə əlaqəsi, eləcə də kütləvi qırğın silahlarının axtarışı və məhv edilməsi olduğunu bildirmişdi. 2004-cü ilin oktyabrında aparılan yoxlamalar İraqda kütləvi qırğın silahlarının mövcudluğunu aşkar etməmişdir[1]. Səddam Hüseyn ABŞ-a qarşı terror hücumları planlaşdırmışdı. Belə ki, 1991-ci ildən əvvəl istehsal edilmiş kimyəvi silah mərmiləri və onların istehsalı üçün zavodlar müharibədən sonra tapılmışdı, hansı ki Səddam Hüseyn onları 1991-ci ildən sonra ləğv etməli idi.
İşğalın məqsədlərindən birinin İraq neftinə nəzarəti ələ keçirmək olduğu da irəli sürülür [2] [3] [4] [5] .
Əməliyyat BMT tərəfindən bəyənilməyib və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub[6] .