Büllur gecə
Üçüncü Reyxdə yəhudi talanları / From Wikipedia, the free encyclopedia
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir.[1] Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi.[2]
Büllur gecə alm. Kristallnacht | |||
---|---|---|---|
| |||
Tarix | 9-10 noyabr 1938-ci il | ||
Yeri | Almaniya, Avstriya, Sudet əyaləti, Dansiq azad şəhəri | ||
Səbəbi | etnik və dini nifrət | ||
Nəticəsi | yəhudilərin əmlakının talan edilməsi və kütləvi qətllər | ||
Münaqişə tərəfləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Talanlara səbəb[3] Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur.[4]