Bizans memarlığı
From Wikipedia, the free encyclopedia
Bizans memarlığı — Bizans İmperiyasının mövcud olduğu dövrdə yaranmış və inkişaf etmiş memarlıq sənəti. Bizans memarlığının ən mükəmməl nümunələrinə imperiyanın mərkəzi olan Konstantinopol şəhərində və Qərbi Avropada yaradılmışdır. Bu memarlıq sənəti Orta əsrlər və İntibah dövrü memarlıq məktəblərinə təsir göstərmiş, 1453-cü ildə Konstantinopol şəhərinin fəth olunmasından sonra isə Osmanlı memarlığının təsirlərinə məruz qalmışdır. Bizans memarlığının nümunələri əsasən kilsə və kafedrallarda yaradılmışdır. Konstantinopol Ortodoks Kilsəsinə mənsub kilsələrin divarlarında Bizans memarlığının nadir nümunələri mövcuddur. Bizans memarlığı Qədim Roma memarlıq məktəbənini davamı hesab olunur. Roma İmperiyasının imperatoru I Konstantin eramızın 330-cu ilində imperiyanın mərkəzini Romadan Bizantinə (Konstantinopol şəhərinin ilkin adı) köçürməsindən sonra gələcəkdə Bizans memarlıq məktəbi adlandırılacaq yeni bir memarlıq sənətinin əsası qoyulmuşdur.