Jirondistlər
Fransa inqilabı zamanı siyasi fraksiya / From Wikipedia, the free encyclopedia
Jirondistlər (fr. Girondins), Jirond (fr. Gironde) — Böyük Fransa İnqilabı dövründə əksəriyyəti Bordo bölgəsindən gələn, Qanunverici Məclis və Milli Konventdə montanyarlara qarşı üstünlük əldə edən qrupa verilmiş addır. Jirondist adının məşhurlaşması XIX əsrin əvvəllərində Lamartinin "Jirondistlərin Tarixi" kitabını yazmasında sonra baş verir. Bordodan olan bu qrup Qanunverici Məclisdə beş nəfərlə təmsil olunurdular: Vernu, Qade, Jensonne, Qraqanöv və Jan Fransua-Dük. Milli Konventdə qrupa Dükün qaynı olan Jan Batist-Boyer-Fonfred də əlavə olunur. Bununla birlikdə jirondistlər 1792-1793-cü illərdə ayrı-ayrı vaxtlarda Brissotinlər, Rolandistlər və Rolandinlər də adlandırılıblar. Qrupun jirondist adlandırılması isə 1793-cü ilin oktyabrından etibarən başlamışdır.
Kondorse[1], Brisso[2], Rolan[3], Qade, Vernu, İnar[4], Dük[5], Buzo[6] kimi jirondistlər respublikanı dəstəkləyirdilər. Danton, Robespyer və Marat jirondistlərin tərkibində olarkən jirondistlər Milli Konventdə montanyarlara qarşı ən güclü fraksiya idilər. Bu üç önəmli şəxs yakobinçilərə qatılmazdan öncə Qanunverici Məclisdə əsas söz haqqı da jirondistlərə məxsus idi. Bununla birlikdə montanyarlar və jirondistlər 1791-ci ilin oktyabrından 1792-ci ilin martına qədər davam edənlər danışıqlar çərçivəsində Milli Konventdə razılığa gələ bilirlər. Onların razılığa gəldikləri mövzu müstəmləkə siyasətinin dəstəklənməsi və "azad dərili insanların" (ağ dərili) hüquqlarının qorunması ilə bağlı idi. Brisso və Vernunun 1792-ci ilin 24-28 mart tarixlərində hazırladıqları bu qanun aprelin 4-də nazirlər Klavier və Rolandın razı salınmasından sonra qəbul edildi.
Milli Konventin fəaliyyətinin ilk aylarında jirondistlər və montanyarlar arasında şiddətli qarşıdurmalar yaşanırdı.[7]