Latviya iqtisadiyyatı
From Wikipedia, the free encyclopedia
Latviya iqtisadiyyatı Avropaya açıq iqtisadiyyatdır və Avropa Vahid Bazarının bir hissəsidir. Latviya 1999-cu ildən Ümumdünya Ticarət Təşkilatının,[3] 2004-cü ildən Avropa İttifaqının, 2014-cü ildən Avrozonanın və 2016-cı ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür.[4] Latviya Dünya Bankı Qrupunun hazırladığı Biznesin Asanlığı İndeksində dünyada 14-cü yerdədir.[5] 2011-ci il İnsan İnkişafı İndeksinə əsasən, Latviya çox yüksək göstəriciləri olan ölkələr qrupuna daxildir.[6] Coğrafi mövqeyinə görə, tranzit xidmətləri, ağac emalı, kənd təsərrüfatı və qida məhsulları, maşın və elektron cihazların istehsalı kimi sahələr yaxşı inkişaf etmişdir.
Latviya iqtisadiyyatı | |
---|---|
| |
Valyuta | Avro (EUR, €) |
Statistika | |
ÜDM | 30.264.454.641,8 $[1] |
Adambaşına düşən ÜDM | 15.684 $[2] |
İnflyasiya (İQİ) |
|
Xarici ticarət | |
İxrac | $12.84 milyard (2017) |
İxrac məhsulları | ərzaq məhsulları, ağac məmulatları, metallar, maşın avadanlıqları, tekstil |
İdxal | $15.79 milyard (2017) |
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir. |
Latviya iqtisadiyyatı 2006-07-ci illər ərzində ÜDM-in ildə 10%-dən çox sürətli artımına nail olmuşdur, lakin 2009-cu ildə hesab kəsiri, daşınmaz əmlak bazarının çöküşü və dünya iqtisadiyyatının ümumi böhranı fonunda böyük borc riski nəticəsində ciddi tənəzzülə uğramışdır. Ölkədəki ikinci ən böyük bank olan Parex Bankın iflası nəticəsində 2009-cu ildə ÜDM demək olar ki, 18% azaldı [7] və Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq donorlar sazişin bir hissəsi olaraq Latviyaya əhəmiyyətli maliyyə yardımı göstərdilər. Hökumətin sərt qənaət tədbirlərinə sadiqliyi müqabilində valyutanın avroya bağlanmasını müdafiə edərək 2011-ci ildə Latviya ÜDM-in 5,5% artımına nail oldu [8] və beləliklə, Latviya iqtisadi baxımdan yenidən Avropa İttifaqının ən sürətlə inkişaf edən ölkələri sırasına daxil oldu. Beynəlxalq Valyuta Fondu və Aİ proqramı Latviyada 2011-ci ilin dekabrında uğurla başa çatdı.[9]