Məhəmməd Əli
From Wikipedia, the free encyclopedia
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Məhəmməd Əli | |
---|---|
Muhammad Ali | |
Ümumi məlumatlar | |
Ləqəbləri | |
Çəkisi | ağır (98 kq) kq |
Boyu | 6 ft 4 düym (193 cm)[1] |
Qol açılışı | 78 düym (198 cm) |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Luisvil, Kentukki, ABŞ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Arizona, ABŞ |
Dəfn yeri |
|
Stili | ortodoks |
Duruşu | sağ |
Məşqçisi | Ancelo Dandi |
Nəticələri | |
Döyüş | 61 |
• İlk | 29 oktyabr 1960 |
• Son | 11 dekabr 1981 |
Qələbə | 56 |
Nokautla | 37 |
Məğlubiyyət | 5 |
Heç-heçə | 0 |
Natamam | 0 |
Döyüş kəməri | |
Döyüş kəməri | "WBA","WBC","NYSAC","RING" |
Məhəmməd Əli | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir. Əli dahi riyaziyyatçı Albert Eynşteyn ilə birliktə XX əsrin ən önəmli siması kimi qəbul edilib və yüz illiyin ikonu seçilib. Məşhur "NEWSWEEK" nəşri Məhəmməd Əlini "İnsanlıq tarixinin ən təsiredici 50 adamı" sırasında ilk 10-luqda göstərib. Məhəmməd Əli ESPN tərəfindən idman tarixin ən yaxşı idmançısı seçilib. O bu siyahıda Maykl Cordan, Lui Armstronq, Tayqer Vuds, Dieqo Maradona və Ueyn Qretski kimi əfsanəvi idmançıları geridə qoyub.
Məhəmməd Əlinin ən məşhur və az qala əfsanəyə çevrilən deyimlərindən biri də bu olmuşdur: Əsla mənə yaxşı olduğumu söyləməyin. Çünki mən ən yaxşıların da yaxşısıyam.
Qeyd etmək lazımdır ki, Məhəmməd Əlinin sayəsində boksa nifrət edən qadınların belə boksa marağı yaranmışdır, artıq qadınlar da Əlinin döyüşlərini izləməyə gəlir və hər gün Əlinin evinə qadın azarkeşlərindən davamlı olaraq eşq məktubları göndərilirdi.
Müasir boksun əksər taktikaları Məhəmməd Əliyə məxsusdur. Məhəmməd Əlidən sonra gələn Lennoks Lüis,Larri Holms, Evander Holifild, Mayk Tayson, Sugar Ray Leonard, Pernell Whitaker, Roy Jones, Manny Pacquiao, Floyd Mayweather, Vladimir Kliçko, Vitali Kliçko və.s kimi onlarla əfsanəvi boksçu və hazırkı, yeni dünya çempionları Tyson Fury, Deontay Wilder və Anthony Joshua məhz Əlidən bəhrələndiklərini, ondan ilham aldıqlarını dəfələrlə bildirmişlər.
Məhəmməd Əli 3 qat dünya çempionu tituluna yiyələnən ilk ağırçəkili boksçu kimi də tarixə keçmişdir. Əli həmçinin, 3 dəfə Mütləq Dünya Çempionu adına sahib çıxmış yeganə boksçudur.
1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu. 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olmuşdur.
Məhəmməd Əli karyerası boyunca dörd dəfə noqdaun vəziyyətinə düşsə də heç vaxt nokautla məğlub olmayıb. Məhəmməd Əli boks tarixində ən sürətli ağırçəkili boksçu kimi qəbul edilib. Məhəmməd Əli və məşhur döyüş sənəti ustası Brüs Linin zərbə sürətləri eyni olub, saniyənin 1/20-i. Əlinin yumruq zərbəsinin ağırlığı isə təxminən 1 tona bərabər olmuşdur. Qapalı məkan üçün satılmış biletlərin sayına görə də rekord hələ ki Məhəmməd Əliyə məxsusdur - 63 315 bilet. 1978-ci ildə Leon Spinsklə ilk döyüşündə telereportaj zamanı reklamın 1 saniyəsi 3000 $ olub (Amerika rekordu). Əli boks tarixində ən çox qazanc əldə etmiş 10 boksçudan biridir. Dahi boksçunun hazırkı sərvəti 80 milyon dollar dəyərində qiymətləndirilir.
Günümüzdə də dünyanın ən məşhur universitetlərinin əksəriyyətində "Məhəmməd Əlinin həyat fəlsəfəsi və prinsipləri" adlı seminarlar keçirilməktədir. 21 illik karyerası ərzində həmişə təkrarladığı "Bütün zamanların ən güclü boksçusu mənəm" sözünü hər dəfə təsdiq edərək, "Ümumdünya Boks Federasiyası" tərəfindən boks tarixinin ən yaxşı boksçusu olaraq elan edilmişdir.