Mahatma Qandi Dəniz Milli Parkı
From Wikipedia, the free encyclopedia
Mahatma Qandi Dəniz Milli Parkı (hind. महात्मा गांधी समुद्री राष्ट्रीय उद्यान) — Hindistana məxsus Andaman adalarında yerləşən milli park. Milli park Andaman və Nikobar adalarının paytaxtı Port-Blerdən 29 km uzaqlıqda yerləşir, sahəsi 281,5 km2 təşkil edir. 15 adadan və açıq dəniz kriklərindən ibarətdir. Milli parkın Colli Buoy və Red Skin adaları ekoturizm potensialına sahibdir. Bəzi mövsümlərdə milli parkdakı sualtı həyatı və mərcan riflərini görmək üçün şüşəli qayıq, dayvinq və snorkelinq xidmətləri təklif olunur.
Cəld faktlar Sahəsi, Mütləq hündürlüyü ...
Mahatma Qandi Dəniz Milli Parkı | |
---|---|
hind. महात्मा गांधी समुद्री राष्ट्रीय उद्यान | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 281,5 km2 ha |
Mütləq hündürlüyü | 78 m |
Yaradılma tarixi | 1983 |
Florası | manqrov |
Faunası | dəniz tısbağaları |
Yerləşməsi | |
11°34′14″ şm. e. 92°39′25″ ş. u. | |
Ölkə | Hindistan |
Yerləşməsi | Andaman adaları |
Yaxın şəhər | Port-Bler |
andamanresidency.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla