Mesopotamiya cəbhəsi (ing. Mesopotamian campaign) — Birinci Dünya müharibəsi zamanı Mesopotamiya (müasir İraq) ərazisində Britaniya imperiyası (əsasən Britaniya Hindistanı ordusu) qoşunları ilə Osmanlı imperiyasının ordusu arasında baş vermiş döyüşlər.
Cəld faktlar Tarix, Yeri ...
Mesopotamiya cəbhəsi |
---|
Birinci Dünya müharibəsi |
Dəclə bölgəsindəki ingilis səngərləri, 1916 |
Tarix |
6 noyabr 1914 — 31 oktyabr 1918 |
Yeri |
Mesopotamiya (müasir İraq) |
Səbəbi |
Yaxın Şərqin neft yataqları və Mesopotamiya uğurunda mübarizə |
Nəticəsi |
Antantanın qələbəsi, Sevr müqaviləsi, İraq Böyük Britaniya mandatına keçir |
Ərazi dəyişikliyi |
Mesopotamiya (müasir İraq) |
|
|
350-410 mi [4][5][6]
|
8-ci Piyada piviziyası (1914) 6-cı Ordu: 20.000 kişi[6] (1916) 62.000 nəfər, 55 top, 80 pulemyot (mart 1917) 20.000 - 30.000 nəfər (sentyabr 1917)[7][8]
|
|
85 200 ümumi itk * 13 492 ölü / itkin * 51 836 yaralı * 1385 əsir düşdü * 12 678+ xəstəlikdən öldü * 4250 əsirlikdə öldü[9]
|
89.500 ümumi itki * 13,069 ölü / itkin * 85,497 yaralı * 22,404 nəfər əsir düşdü * 56,000 nəfər xəstəlikdən öldü
|
|
Antanta 256,000 min Osmanlı imperiyası 125,000 min [8]
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Britaniya komandanlığı Yaxın Şərqin neft yataqlarını qorumağa və Osmanlı Mesopotamiyasını tutmağa ümid edirdi. Osmanlı komandanlığı bu bölgədə aktiv əməliyyatlar planlaşdırmırdı. Lakin ingilislərin aktiv hücumuna başladıqdan sonra Mesopotamiyada hərbi əməliyyatlar üçün 6-cı Ordunu yaratmağa məcbur oldu.
1916-cı ildə türklər Əl-Kutda bir qrup ingilis qoşununu mühasirəyə almağa və ələ keçirməyi bacardılar. Bundan sonra ingilislər aktiv əməliyyatlardan əl çəkməli oldular. İngiltərədə və Hindistan xalqları Mesopotamiya kampaniyası və Bağdadın işğalına böyük maraq göstərirdi.[10] 1917-ci ildə ingilislər Bağdadı tutdular və 1918-ci ilin sonunda Osmanlı Mesopotamiyasının demək olar ki, bütün ərazisi onların nəzarəti altında idi. Döyüş Mudros müqaviləsinin imzalanmasının ertəsi günü döyüş əməliyyatları başa çatdı.