Rusiya şəhərləri
From Wikipedia, the free encyclopedia
Rusiyada 1 yanvar 2010-cu il tarixinə olan məlumatlara əsasən 1099 yaşayış məntəqəsi şəhər statusu daşıyır (2002-ci il siyahıya almada 1098 idi). 11 şəhərin (və 20-21 şəhər aqlomerasiyasının) əhalisi 1 milyon nəfərdən artıqdır, 24 şəhərdə 500 mindən 1 milyona qədər, 39 şəhərdə 250 mindən 500 minə qədər, 91 şəhərdə 100 mindən 250 minə qədər adam yaşayır.