UEFA Avro 1968 (seçmə mərhələsi)
From Wikipedia, the free encyclopedia
UEFA Avro 1968-in seçmə mərhələsi ikipilləli olmuşdur: qrup mərhələsi (oyunları 1966-1968-ci illərdə keçirilmişdir) və 1/4 oyunları (1968-ci ildə keçirilmişdir). 7 qrupun hər birində dörd, 1 qrupda isə üç komanda mübarizə aparmışdır. Hər komanda rəqibləri ilə iki oyun keçirmişdir (evdə və səfərdə). Sadəcə qrup qalibləri sonrakı mərhələyə vəsiqə qazanmışlar. 1/4 mərhələsinin iştirakçıları öz aralarında iki oyun keçirmişlər (evdə və səfərdə). Hər cütlüyün qalibi final turnirinə vəsiqə əldə etmişdir.