Çarizard
From Wikipedia, the free encyclopedia
Çarizard, Yaponiyada Lizardon (yap. リザードン Rizadon, ing. Charizard) — Nintendo və Game Freak məxsus olan oyun seriyası, manqa və anime olan Pokemon. Yaponiya oyun dizaynerı və rəssamı Ken Suqimori tərəfindən yaranmışdır. Çarizard ilk dəfə "Pokémon Red və Blue" videooyunlarında və daha sonra sikvellerdə ortaya çıxmışdır. Bundan başqa, pokemonun təsviri müxtəlif "Pokemon" rəmzli məhsullarında, həmçinin cizgi və nəşriyyat françayzlarında istifadə olmuşdur. Orijinal yapon dilivə ingilis anime versiyasını seyu Miki Şini-çiro səsləndirmişdir. Alov və hava pokemon növlərinə aiddir. Çarmeleondan təkamül olunur, hansı ki, Çarmanderdən təkamül edir.
Çarizard | |
---|---|
yap. リザードン | |
Çarmeleon→ Çarizard (#006) → Skvirtl | |
İngilis adı | Charizard |
Yapon adı | Lizardon |
Profil | |
Nəsil | I |
Nədən təkamül edib | Çarmeleon |
Nəyə təkamül edib | Yoxdur |
Tipi |
Alov Hava |
Boyu | 170 sm |
Çəkisi | 90,5 kq |
Çarizard bir çox Pokemon anime seriyalarında iştirak edir; əsas qəhrəman Eş Ketçumun tutduğu pokemonlardan biridir. Bundan əlavə, ona Pokémon Adventures manqasında rast gəlmək olar. Çarizard həm tənqidçilər, həm də oyunçular tərəfindən müsbət qəbul edilib.