İkinci İtaliya–Efiopiya müharibəsi
From Wikipedia, the free encyclopedia
İtaliya-Efiopiya müharibəsi 1935–1936 (İkinci İtaliya-Həbəş Müharibəsi) — İtaliya Krallığı və Efiopiya arasında müharibə, nəticəsi sonuncunun ilhaqı və onun yerində, Eritreya və İtaliyanın Somali koloniyalar ilə birgə İtalyan Şərqi Afrikasının elan edilməsi.
Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Ikinci İtaliya-Efiopiya müharibəsi | |||
---|---|---|---|
Tarix | 03 oktyabr 1935 - 09 may 1936 | ||
Yeri | |||
Səbəbi |
|
||
Nəticəsi | İtaliyanın qələbəsi | ||
Ərazi dəyişikliyi | Efiopiyanın ilhaqı, İtalyan Şərqi Afrika koloniyasının yaranması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu müharibə həm İtaliyanın, həm də Efiopiyanın üzvü olduğu Millətlər Liqasının beynəlxalq münaqişələrin həllində bacarıqsızlığını göstərdi. Bu müharibədə italyan qoşunları qadağan olunmuş kimyəvi silahlardan (iprit və fosgen və s.) geniş istifadə edirdilər. İkinci Dünya Müharibəsinin (İspaniya Vətəndaş Müharibəsi və 1937-ci ildə başlayan Çin-Yapon müharibəsi ilə birlikdə) carçısı hesab olunur. Müharibədəki qələbə Benito Mussolinini Avropa siyasətinin ən görkəmli və əhəmiyyətli simalarından birinə çevirdi və italyan silahlarının gücünü göstərdi. Eyni zamanda bu qələbə Mussolinini öz gücünə həddindən artıq güvənməsinə və İkinci Dünya Müharibəsinə girməyə sövq etdi.