İndoneziya Dövlət Gerbi
From Wikipedia, the free encyclopedia
İndoneziya Dövlət Gerbi(ind. Lambang Negara Republik Indonesia) — İndoneziyanın rəsmi gerbidir. Gerbdə, hibrid formada verilən quş və insan məxluqu olan Qaruda adlı qızılı sarı bir canlı var. Bu canlının sinəsindəki qalxanda təsvir edilən beş fərqli simvol İndoneziyanın Pancasila adlandırdıqları milli ideologiyanı təmsil edir ki, bu da Sanskrit dilində beş prinsip deməkdir. Bu simvollar müvafiq olaraq ulduz, zəncir, banyan ağacı, camış başı, düyü və pambıqdan ibarətdir. Qaruda caynaqlarında köhnə Yava dilində Bhinneka Tunggal Ika (Çoxluqda birlik) oxuyan ağ zolaq tutur. Gerb 1950-ci ildə istifadəyə verilib.
Cəld faktlar Detallar, Təsis edilib ...
İndoneziya Dövlət Gerbi | |
---|---|
Detallar | |
Təsis edilib | 11 fevral 1950 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla