İqor Stravinski
From Wikipedia, the free encyclopedia
İqor Fyodoroviç Stravinski (rus. Игорь Фёдорович Стравинский; 17 iyun 1882[1][2][…], Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[3][2] – 6 aprel 1971[1][4][…], Nyu-York, Nyu-York ştatı[4][2]) həm Qərb, həm də anadan olduğu Rusiyada bir çoxlarının XX əsrin ən böyük bəstəkarı hesab etdiyi rus bəstəkarı."Time" jurnalı Stravinskini XX əsrin ən nüfuzlu şəxsiyyətləri siyahısına daxil etmişdir. Bəstəkarlıqla yanaşı, Stravinksi həm də mahir pianoçu və dirijor kimi də dünya şöhrəti qazanmışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İqor Stravinski | |
---|---|
rus. Игорь Фёдорович Стравинский | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1882(1882-06-17)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 aprel 1971(1971-04-06)[1][4][…] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, pianoçu, musiqiçi |
Janrlar | opera, simfoniya, kamera musiqisi, XX əsr klassik musiqisi[d] |
Musiqi aləti | piano |
Albom şirkətləri | Columbia Records |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Stravinskinin bəstəkarlıq fəaliyyəti öz üslubi rəngarəngliyi ilə diqqət çəkir. Ona ilk şöhrəti Sergey Daygilev adlı impressario tərəfindən həvalə edilmiş üç baleti olmuşdur. Bu baletlər, yəni, "Alovquşu " (The Firebird) (1910), "Petruşka" (1911) və "Bahar mərasimi" (1913) Daygilevin Rus Baleti səhnəsində tamaşaya qoyulur. Premyerası iğtişaşla başa çatan Mərasim baleti ritmik quruluşa daha çox fikir verən əvvəlki nəsil bəstəkarların fikrinə təsir edir və günümüzə qədər bütpərəstlik mərasimi kimi qəbul olunan qədim Rusiyada baş verən hadisələri əks etdirən təcəssümü indiyə qədər tamaşaçıları valeh etdirməkdədir.
1920-ci illərdə Stravinski yaradıcılığının rus dövründən neoklassik dövrünə qədəm qoyur. Bu dövrə aid əsərlərində ənənəvi klassik musiqi formaları olan concerto grosso, fuga, simfoniyalardan istifadə edir, gərgin emosional anları soyuqluq və ya laqeydsizliyin səthi görüntüsü altında gizlədir və tez-tez Bax, Verdi, Çaykovski kimi ustad bəstəkarları anır.