Şahdağ Milli Parkı
From Wikipedia, the free encyclopedia
Şahdağ Milli Parkı — Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115,895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13,084 hektar təşkil edir.
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Şahdağ Milli Parkı | |
---|---|
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 130,508.1 ha |
Yaradılma tarixi | 2006, 8 dekabr |
İdarəetmə orqanı | AETSN |
Dağ | Böyük Qafqaz: Şahdağ |
Florası | Göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz |
Faunası | Qırqovul, cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq |
Yerləşməsi | |
40°55′ şm. e. 48°15′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Quba |
Yaxın şəhər | Quba, Qusar |
Şahdağ Milli Parkı | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır[1].