Şeyx Lütfullah məscidi
From Wikipedia, the free encyclopedia
Şeyx Lütfullah məscidi (Farsca: مسجد شيخ لطف الّله) — İranın İsfahan şəhərində yerləşir. 1602-ci ildə Səfəvi sülaləsi dövründə I Şah Abbas tərəfindən inşa edilmişdir. 1618-ci ildə tamamlanan məscid Səfəvi memarlığının şah əsərlərindən biri hesab olunur. Məscidin bərpasına 1930-cu illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə başlanılmış, şəhər memarlığının dirçəldilməsi proqramı çərçivəsində həyata keçirilmişdir. Bu gün məscidin fasadında görünən sənətkarlıq nümunəsi bərpa zamanı əlavə edilmişdir. Şeyx Lütfullah məscidi 163 metr eni, 513 metr uzunluğundadır və dünyanın ən qədim tarixi tikililərindən biridir. Məscidin memarı usta Hüseyn Bəna İsfahaninin oğlu Məhəmməd Rza İsfahanidir. Məscidin çölə açıq olan yeganə tərəfi meydana baxır. Bu məscid Teymurilər və Səfəvilər dövründən də əvvəl inşa edilən böyük günbəzli məqbərələri xatırladır.[9] Yaxınlıqdakı Məscidi-Şah kimi, bu məscid də şimal-cənub oxundakı meydanla müqayisədə qiblə baxımından əyri istiqamətdə yerləşir.
Şeyx Lütfullah məscidi | |
---|---|
32°39′26″ şm. e. 51°40′42″ ş. u. | |
Ölkə | |
Yerləşir | İsfahan şəhristanı |
Memar | Şeyx Bəhaəddin Amili[3][4] |
Üslubu | Səfəvi memarlığı[d][5][3][…] |
Hündürlüyü | 32 m[6] |
Sahəsi |
|
Material | daş[d][6], kərpic[8], kaşı[7][6], mərmər[7][6] |
Vikianbarda əlaqəli mediafayllar |