Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan
1971-2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti / From Wikipedia, the free encyclopedia
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان; 6 may 1918, Əbu-Dabi[1][2] – 2 noyabr 2004[3][4][…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti.[5][6][7] 1966–2004-cü illərdə Əbu-Dabi əmiri.[8]
Cəld faktlar Birləşmiş Ərəb Əmirliyinin Prezidenti[d], Sonrakı ...
Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan | |
---|---|
ərəb. زايد بن سلطان آل نهيان | |
Birləşmiş Ərəb Əmirliyinin Prezidenti[d] | |
2 dekabr 1971 – 2 noyabr 2004 | |
Sonrakı | Xəlifə ibn Zeyd Əl-Nəhayan[d] |
Əbu-Dabi əmiri[d] | |
2 avqust 1966 – 2 noyabr 2004 | |
Sonrakı | Xəlifə ibn Zeyd Əl-Nəhayan[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1918(1918-05-06) |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 2004(2004-11-02)[3][4][…] (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, şair |
Uşaqları |
|
Ailəsi | Əl Nəhayan sülaləsi[d] |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır.[9][10][11][12]
Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib.