Şumava Milli Parkı
From Wikipedia, the free encyclopedia
Şumava Milli Parkı (çex. Národní park Šumava, ˈʃʊmava dinlə) — Çexiyanın cənub-qərbində yerləşən və ətraf mühitin mühafizəsi üçün xüsusi rejim müddəalarının tətbiq olunduğu meşə massividir. Park statusu "Təbiətin və landşaftın qorunması" haqqında 114/1992 nömrəli qanun müddəası ilə tənzimlənir. Şumava Milli Parkı, Çex Respublikasındakı 4 MP-dan ən böyüyüdür (ümumi sahəsi 167.688 hektardır). Burada əsas müdafiə obyekti, sakit rejimdə unikal və nadir bioloji aləmin tədqiqi və təkmilləşdirilməsidir. Şam meşələri və meşə əkmələrindən başqa, burada ən önəmlisi adi bataqlıqların, torf bataqlıqlarının və kar mənşəli göllərin və relyeflərin mühafizəsidir. Şumava Milli Parkı təbiət-mühafizə zonasının bir hissəsidir. Milli Park ərazisində daha 24 dövlət təbiət qoruğu və digər xırda mühafizə olunan ərazilər elan olunub.[2] Birlikdə onlar Mərkəzi Avropada ən iri və ən şaxələndirilmiş mühafizə olunan ərazilərin birini təşkil edirlər. Şumava qiymətli təbii mühit, eləcə də turizm üçün populyar məkan kimi özünü təqdim edir. Şumavanın hazırkı simvolunda Bohemiyanın iki canlı ağacı, onların arasında qurumuş bir ağac, hər üç ağacın arxasında isə hündür dağ təsvir olunub.
Şumava Milli Parkı | |
---|---|
çex. Národní park Šumava | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
167.688 ha, onun 68.064 ha ərazisi MP 99 624 ha isə Qoruma sahəsidir[1] |
Mütləq hündürlüyü | 600 m, 1.378 m |
Yaradılma tarixi | 20 mart 1991 |
Dağlar | Plexi 1,378 m |
Yerləşməsi | |
49°07′ şm. e. 13°36′ ş. u. | |
Ölkə | Çexiya |
Vilayət | Plzen diyarı, Cənubi Çexiya diyarı |
www.npsumava.cz | |
Vikianbarda əlaqəli mediafayllar |