Əlcəzair
Şimali Afrikada dövlət / From Wikipedia, the free encyclopedia
Əlcəzair (ərəb. الجزائر) və ya rəsmi adı ilə Əlcəzair Xalq Demokratik Respublikası (ərəb. الجمهورية الجزائرية الديمقراطية الشعبية) — Şimali Afrikada dövlət. Əlcəzair coğrafi baxımdan Məğrib ölkəsi hesab olunur. Ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Şimal-şərqdən Tunis, şərqdən Liviya, cənub-şərqdən Niger, cənub-qərbdən Mali, Mavritaniya və tanınmayan Qərbi Saxara, qərbdən Mərakeş ilə həmsərhəddir. Şimaldan isə Aralıq dənizi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əlcəzair şəhəri, ümumi sahəsi 2,381,741 kvadrat kilometr, əhalisinin sayı 44 milyon nəfərdən çoxdur.[5]
Cəld faktlar Rəsmi dilləri, Paytaxt ...
Əlcəzair | |||||
---|---|---|---|---|---|
ərəb. اَلْجُمهُورِيَّة اَلْجَزَائِرِيَّة اَلدِّيمُقرَاطِيَّة اَلشَّعبِيَّة[1] | |||||
| |||||
بالشّعب وللشّعب | |||||
Himn: «قسما» "Qəssəmən" |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Əlcəzair | ||||
İdarəetmə forması | Yarı prezident respublikası | ||||
Prezident | Əbdülməcid Təbbun [19.XII.2019 ~] | ||||
Baş nazir | Nadir Larbaoui [11.XI.2023 ~] | ||||
• Əhali |
|
||||
İnternet domeni | .dz | ||||
ISO kodu | DZ | ||||
BOK kodu | ALG | ||||
Telefon kodu | +213 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla