1980 Yay Olimpiya Oyunları
From Wikipedia, the free encyclopedia
1980 Yay Olimpiya Oyunları — SSRİ-nin paytaxtı Moskva şəhərində 19 iyul—1 avqust 1980-ci il tarixləri arasında keçirilmişdir. Bu Olimpiya Oyunları Şərqi Avropada keçirilmiş ilk yarışlar idi. Həmçinin Sosialist ölkələri arasında keçirilmiş ilk Olimpiya Oyunları idi.
Cəld faktlar Şəhər, İştirakçı dövlətlər ...
1980 Yay Olimpiya Oyunları | |
---|---|
Летние Олимпийские игры 1980 | |
Şəhər | Moskva |
İştirakçı dövlətlər | 80 |
İdmançıların sayı | 5 179 |
Açılış mərasimi | 19 iyul |
Bağlanış mərasimi | 3 avqust |
Rəsmən açılışı edib | 19 iyul |
Olimpiya məşəli | Sergey Belov |
Stadion | Lujniki stadionu |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bu Olimpiya Oyunlarının əksər hissəsi diğər SSRİ şəhərlərində keçirildi. Yəlkən idmanı yarışları — Tallin, futbol yarışları — Kiyev, Leninqrad və Minsk, Atıcılq yarışları — Mıtişi şəhərində keçirildi.
Bu Olimpiya Oyunlarını 50-dən çox ölkə boykot elədi. Buna səbəb 1979-cu ildə SSRİ qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlara başlaması idi. Buna baxmayaraq bir sıra idmançılar SSRİ paytaxtına Olimpiya Bayrağı altında gəlmişdilər.