ABŞ İstiqlal müharibəsi (ing. American Revolutionary War, American War of Independence) — 1775–1783-ci illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə.
Cəld faktlar Tarix, Yeri ...
ABŞ İstiqlal müharibəsi |
---|
|
Tarix |
19 aprel 1775-ci il — 3 sentyabr 1783-cü il (8 il, 4 ay və 15 gün) |
Yeri |
ABŞ-nin şərq sahili, Mərkəzi Amerika, Kanadanın şərq sahili, Mərkəzi Kanada, Qudzon dəfnəsi, Atlantik okeanı, Aralıq dənizi, Balear adaları, Karib dənizi, Qibraltar, Hind okeanı |
Səbəbi |
Britaniya ilə on üç koloniyanın sakinlərinə çox yüksək vergiqoyma, Parlamentdə təmsil olunmaması |
Nəticəsi |
Paris (Versalda) sülhü (1783) |
|
|
27 000 ABŞ-nin qitə ordusunun əsgəri
25 000 yığma qoşun döyüşçüsü
5000 zənci
13 500 fransız
8000 ispanlar
30-40 freqat və xırda gəmi
33 xətt gəmisi, 16 freqat (1782)
|
15 200 britaniyalı
50 000 loyalist
20 000 zənci
30 000 alman (Qessen əsqərləri)
13 000 hindilər
350-top alətləri, 48 freqat və yüngül gəmi (1776)
36 xətt gəmisi, 28 freqat (1782)
|
|
8000 öldürülmüşdür, 17000 xəstəliklərdən öldülər, 25000 yaralanmışdır
|
8000 öldürülmüşdür, 17 000 xəstəliklərdən öldülər, 24 000 yaralanmışdır
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə 1775-ci ildə başlandı və bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu, 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Paris sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət burjuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiya ABŞ-ni federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-də ilk prezident seçkiləri keçirildi və mason lideri Corc Vaşinqton prezident seçildi. Ölkədə mütəmadi olaraq etirazlar, qiyamlar, üsyanlar baş qaldırırdı. Buna ən bariz nümunə 1786-87-ci illərdə yoхsul fermerlərin başladığı Şeys üsyanı göstərilə bilər. Üsyan silah gücünə, amansızlıqla yatırıldı. Gəlmələr indi də bir-birlərini qırmağa başlamışdılar. Bir-birlərinə qarşı mübarizə aparsalar da, gəlmələr yerli хalqlara qarşı həmişə həmrəy idilər. Yerli хalqların öldürülməkdən daha azad heç bir hüququ yox idi. Onlar hakimiyyət başına seçə və seçilə bilməzdilər. Onların nəinki yaşayış yerləri, hətta soyadları da dəyişdirilirdi. Corc Vaşinqtonun dövründə ölkə ərazisindəki bütün toponimlər ingilisləşdi, yeni yaranan yaşayış məntəqələrinə də ingilis mənşəli adlar qoyuldu. Vaşinqton "İstiqlal müharibəsi" adlanan müharibə zamanı Kontinental Ordunun Baş komandanı olmuş, böyük rəşadət göstərmişdi. 1790-cı ildə o, Potomak çayı sahilində yeni paytaхt şəhərinin salınmasını qərara aldı. Yeni salınan bu şəhərə Vaşinqtonun öz soyadı verildi və 1800-cü ildə şəhər rəsmən ABŞ-nin paytaхtı elan olundu.