Alkasobas müqaviləsi
From Wikipedia, the free encyclopedia
Alkasobas müqaviləsi (həmçinin Alkasobas-Toledo müqaviləsi və ya sülhü kimi də tanınır) — 4 sentyabr 1479-cu ildə bir tərəfdən Kastiliya və Araqon katolik monarxları, digər tərəfdən V Afonso və onun oğlu, Portuqaliya şahzadəsi Con arasında imzalanmışdır. Bu müqavilə ilə Kastiliyalılar quruda, Portuqaliyalılar isə dənizdə qələbə qazandı,[1] beləliklə Kastiliya Varisliyi Müharibəsinə son qoyuldu.[2][1] Alkasobasda imzalanan dörd sülh müqaviləsinə görə: İzabella Kastiliya kraliçası kimi tanındı, Portuqaliya isə Atlantik okeanında hegemon dövlətə çevrildi.
Cəld faktlar İmzalanma tarixi ...
Alkasobas müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 4 sentyabr 1479 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Müqavilə aşağıdakı məsələləri həll etməyi nəzərdə tuturdu:
- V Afonso və Kastiliya monarxlarının müvafiq olaraq Kastiliya taxtından və Portuqaliya taxtından imtina etməsi;
- Atlantik okeanının və dəniz hüdudlarından kənarda qalan ərazilərin Portuqaliya və İspaniya olmaqla iki təsir zonasına bölünməsi;
- Kastiliyalı Xuananın taleyi məsələsi;
- Katolik monarxlarının böyük qızı İzabella ilə Şahzadə Conun varisi Afonso ilə evlilik müqaviləsi. Bu Tercerias de Moura kimi tanınırdı və Katolik Monarxlar tərəfindən nikah cehiz şəklində Portuqaliyaya müharibə təzminatının ödənilməsi nəzərdə tutulmuşdu;[3]
- Xuananın Kastiliyalı tərəfdarlarının əfv edilməsi