Altay dağları
From Wikipedia, the free encyclopedia
Altay (monq. Altayın nuruu, alt. Tuulu Altay— dağlıq yer, qırğ. Altay tooloru, qaz. Altay tauları, çin. 阿尔泰山脉-Ā'ěrtài shānmài-Aertay şanmay) – Asiyada dağ sistemi. Rusiya Federasiyasında (Altay Respublikası, Tıva Respublikası, Altay diyarı), Monqolustan, Qazaxıstan və Çin ərazilərindədir. Altay Ob, İrtış, Yenisey ilə Mərkəzi Asiya çaylarının suayırıcısını təşkil edən mürəkkəb dağ silsilələrindən ibarətdir. 42–52° şm. e.dairəsi arasında şm.-q.-dən (Qərbi Sibir düzənliyindən, 81° ş.u.) c.-ş.-ə (Qobi düzənliyinədək, 106° ş.u.) 2000 km-dən artıq məsafədə uzanır. Yüksək dağlıq (ən hündür zirvəsi Beluxa dağı, 4506 m), orta dağlıq və alçaq dağlıq silsilələrindən və bunları ayıran dağarası çökəkliklərdən ibarətdir. Şimalda və şimal-qərbdə Qərbi Sibir düzənliyi, şimal.-şərqdə Qərbi Sayan və Cənubi Tıva dağları, şərqdə Böyük Göllər Vadisi, cənub.-şərqdə Qobi səhrası, cənubda Cunqariya düzənliyi, qərbdə İrtış çayı ilə sərhədlənir. Oroqrafik cəhətdən 3 hissəyə bölünür: Qobi Altayı, Monqol Altayı və Altayın özü, yaxud Rus Altayı.
Altay | |
---|---|
Алтайн нуруу ᠠᠯᠲᠠᠢ ᠶᠢᠨ ᠨᠢᠷᠤᠭᠤ ئالتاي تاغ تىزمىسى Алтай ᠠᠯᠲᠠᠢ Алтай Алтай таулары | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4509 m |
Uzunluğu | 1847 km |
Eni | 1282 km |
Sahəsi | 741 569 km² |
Hündür nöqtəsi | Beluxa |
Yaranma dövrü | Paleozoy erası |
Süxurları | metamorfik və çöküntülü |
Yerləşməsi | |
49° şm. e. 89° ş. u. | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |