Azərbaycan bayrağı
Azərbaycan Respublikasının Dövlət bayrağı / From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.[1] 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.[2]
Cəld faktlar Təfərrüatlar, İstifadəsi ...
Azərbaycan Respublikasının Bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Milli bayraq və dəniz bayrağı |
Qəbul edilib |
9 noyabr 1918 5 fevral 1991 |
Ləqəb | Üçrəngli bayraq |
Proporsiya | 1:2 |
Dizayn | Mavi rəng, qırmızı rəng, yaşıl rəng. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. |
Dizayner | Əli bəy Hüseynzadə |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.[3]