Böyük toqquşma fərziyyəsi
From Wikipedia, the free encyclopedia
Böyük toqquşma fərziyyəsi və ya Teyanın toqquşması — Günəş sisteminin formalaşmasından 20–100 milyon il sonra, təqribən bundan 4,5 milyard il əvvəl baş verdiyi ehtimal olunan Teya planetinin Yerlə toqquşması hadisəsi. Təqribən Mars böyüklüyündə olduğu düşünülən Teyanın Yerlə toqquşması nəticəsində, Yer ətrafı boşluğa yayılan qalıqların orbitdə toplanması nəticəsində Ayın formalaşdığı ehtimal olunur.[1]