Belarus Milli Elmlər Akademiyası
Belarusda Akademiya / From Wikipedia, the free encyclopedia
Belarus Milli Elmlər Akademiyası (belar. Нацыянальная акадэмія навук Беларусі; Belarus MEA) — Belarus Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. Təşkilat təbiət, texniki, humanitar, sosial elmlər və incəsənətin müxtəlif sahələrində fundamental və tətbiqi elmi tədqiqatları və inkişafları təşkil edən, aparan və əlaqələndirən ali dövlət elmi qurumudur.[1] Qarşıya qoyulmuş vəzifələri həll etmək üçün qanunla, Elmlər Akademiyasının Nizamnaməsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş səlahiyyətlər daxilində respublika dövlət idarəetmə orqanının müəyyən funksiyalarını yerinə yetirir. Belarus Respublikasının Prezidentinə və Respublika Nazirlər Sovetinə hesabat verir.[2]
Cəld faktlar Belarus Milli Elmlər Akademiyası BMEA, Ümumi məlumatlar ...
Belarus Milli Elmlər Akademiyası BMEA | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1 yanvar 1929 |
Əvvəlki adı | Belarus SSR Elmlər Akademiyası |
Digər məlumatlar | |
Prezident | B.Q.Qusakov |
İşçi sayı | 16000 (elmi işçi 5507) |
Ünvan | Minsk, İstiqlaliyyət küçəsi, 66 |
Sayt | nasb.gov.by/rus/about/gl… |
Mükafatlar | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla