Beynəlxalq fonetik əlifba
From Wikipedia, the free encyclopedia
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir[1]. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar.
BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur[2][3].
Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir.