Birləşmiş Millətlər Təşkilatı
Beynəlxalq təşkilat / From Wikipedia, the free encyclopedia
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir.
Birləşmiş Millətlər Təşkilatı BMT | |
---|---|
| |
Növü | beynəlxalq təşkilat |
Yaranma tarixi | 26 iyun 1945 |
Qeydiyyat tarixi | 24 oktyabr 1945 |
Rəsmi dili | ərəb, çin, ingilis, fransız, rus, ispan, portuqal |
Mərkəzi | 760 BMT Plaza, Manhetten, Nyu-York, ABŞ |
Qurucusu | |
Sədr | Antoniu Quterreş |
Üzvləri | 193 üzv dövlət |
un.org | |
Vikianbarda əlaqəli mediafayllar |
BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur.
BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi.
BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.
Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir:
- Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər.
- BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, BMT-nin Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.