Boşin müharibəsi
From Wikipedia, the free encyclopedia
Boşin müharibəsi[2] yap. 戊辰戦争 "Əjdaha dövrü müharibəsi" — 1868–1869 illər ərzində Yaponiya ərazisində baş vermiş vətəndaş müharibəsi. Müharibə imperator qüvvələri ilə Tokuqava şoqunatı tərəfdarları arasında baş vermişdir. Sequnat qüvvələrinin məğlubiyyəti, Meydzi iqlahatları ilə nəticələnir.
Boşin müharibəsi | |||
---|---|---|---|
Tarix | 1868–1869 | ||
Yeri | Yaponiya adaları, Yapon dənizi | ||
Səbəbi | Syoqunat idarə üsulunun yararsızlığı | ||
Nəticəsi | Syoqunatın ləğvi, Meyci islahatlarının həyata keçirilməsi, | ||
Ərazi dəyişikliyi | Okinava adasının 1971-ci il qədər ABŞ-nin nəzarətində qalması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə XIX əsrin birinci yarısında Yaponiyada baş vermiş sosial, iqtisadi və siyasi boşluqların nəticəsi idi. Bunu doğuran səbəblər sequn hökumətinin məşhurluğunun azalması və hakimiyyətin bir başa imperator tərəfindən idarə olmunması tərəfdarlarının armasından irəli qəlirdi.
3 yanvar 1868-ci ildə imperator Meyci İmperator idarə üsulunun bərpası haqqında fərmanı imzalayır. Fərmanın imzalanmasından 7 gün sonra sequn Tokuqava Yesinobu imperatorun deklarasiyasını "qanunsuz" elan edir. Bununla da müharibə başlayır. Yesinobu ordusu Kioto şəhərində yerləşən imperator sarayına hücum təşkil edir. Qüvvələr nisbətinin ⅓ olmasına və Fransızların hərbi həsləhətlərinə baxmayaraq Toba və Fişimi ətrafında döyüşdə 15 000 sequn ordusu məğlub olur. Yesibonu isə Edo şəhərinə qaçmağa məcbur olur. Syqo Takamori imperator ordusunu Yaponiyanın şimal-şərqinə aparır. Nəticədə 1868-ci ilin may ayında Edo çökür.
Yosinobunun təslim olmasından sonra Yaponiyanın böyük qismi imperatorun idarəsini qəbul edir. Bununla belə syoqunatın bəzi üzvləri Aycu birliyində mübarizəni davam etdirirlər. Ağır döyüşdən sonra Aycu birliyi 23 sentyabr 1868-ci ildə məğlubiyyətini qəbul edir. Bir aydan sonra Edo Tokio olaraq dəyişdirilir və Meyci dövrü başlayır.
Müharibənin final mərhələsində syoqunatın admiralı Enomoto Takeaki Hokkaydo adasına qaçır və burada Ezo Respublikasını qurur. Üstəlik özünü prezident elan edir. 1869-cu ilin mayında Ezo Respublikasının darmadağın edilməsi ilə müharibə rəsmən bitir.
Hər iki tərəf ümumilikdə 120 000 orduya malik olmuşdur. Ümumən 4 000 nəfər həlak olmuşdur[1].
İmperator qüvvələrinin qalibiyyətindən sonra ölkə bağlı qapı siyasətindən imtina edir. Yaponiya moderinləşmə və qərbləşmə xəttini tutur. Syoqunat liderlərinin bir qismi mühüm dövlət postlarına təyin edilir. Syoqun Yosinobu ev həbsinə atılır. Bununla belə 1872-ci ildə onun hüquqlarının bir hissəsi özünə qaytarılaraq ev həbsindən azad edilir. 1902-ci ildə hesoq titulu alır. Ancaq syoqunatın ləğv edilməsi onun siyasətə olan marağını azaltmışdır. Bu səbəbdən qalan ömrünü ictimai həyata bağlayır.
Müharibə yapon Monarxizm-Millətçilik idealogiyası təsiri altında ədəbiyyata, incəsənətə və kinoya öz təsirini göstərmişdir.