Cənnə Böyük məscidi
From Wikipedia, the free encyclopedia
Cənnə Böyük məscidi (fr. Grande mosquée de Djenné, ərəb. الجامع الكبير في جينيه) Sudan-Sahel memarlıq üslubunun ən böyük nailiyyətlərindən biri və çoxlu memarların təxəyülünün məhsulu olan böyük çiy kərpic tikilisidir. Məscid Malinin Cənnə şəhərində Bani çayının çaybasar hissəsində yerləşir. Bu yerdə ilk məscid 13-cü əsrdə tikilib, lakin hazırkı struktur 1907-ci ilə təsadüf edir. Eləcə də, Cənnə icmasının mərkəzi olan bu yer Afrikanın ən məşhur memarlıq abidələrindən biridir. Cənnənin Qədim şəhər hissəsi ilə yanaşı bu tikili 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.
Cəld faktlar Ölkə, Şəhər ...
Cənnə Böyük məscidi | |
---|---|
ərəb. الجامع الكبير في جينيه | |
13°54′19″ şm. e. 4°33′20″ q. u. | |
Ölkə | Mali |
Şəhər | Cənnə |
Yerləşir | Cenne |
Tikilmə tarixi | 1906-1909 |
Üslubu | Sudan-Sahel memarlığı |
Hündürlüyü | 16 m |
Minarələri | 3 (hündürlük: 50 m) |
Vəziyyəti | stabil |
Rəsmi sayt | greatmosqueofdjenne.com |
Rəsmi adı: Old Towns of Djenné | |
Tipi | Mədəni |
Kriteriya | iii,iv |
Təyin edilib | 1988 |
İstinad nöm. | 116 |
Dövlət | Mali |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla