Charlie Hebdo qətliamı
From Wikipedia, the free encyclopedia
Charlie Hebdo qətliamı (fr. Fusillade au siège de Charlie Hebdo) - Fransanın paytaxtı Paris şəhərində yerləşən Charlie Hebdo satirik qəzetinə edilən silahlı hücum və hücum nəticəsində 12 nəfərin həlak olması ilə nəticələnən qətliam hadisəsi.[1][2][3][4][5] Öldürülən şəxslərdən iki nəfəri Fransa Milli Polisinin əməkdaşı, qalan şəxslər isə qəzetin redaksiya heyətinin üzvləridir. Bir nəfərin vəziyyəti ağır olmaqla 11 nəfər isə yaralanmışdır.[6][7]
Charlie Hebdo qətliamı | |
---|---|
Hücum yeri |
XI dairə, Paris, Fransa |
Hücum hədəfi | Charlie Hebdo qəzetinin redaksiyası |
Vaxt |
7 yanvar 2015 təx. 11:20 (UTC+1) |
Hücum üsulu | atışma |
Silah | Kalaşnikov avtomatları, qumbaraatan |
Həlak olanlar | 12 |
Yaralılar | 11 |
Terrorçu sayı | 3 |
Təşkilatçılar | Yəmən Əl-Qaidəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisə şahidlərinin sözlərinə əsasən silahlılar binaya əllərində AK-74 Kalaşnikov silahları ilə daxil olaraq Allahu Əkbər ifadəsini ucadan təkrar etməklə ətrafa atəş açmağa başlayıblar.[8] Silahlardan toplamda 50 dəfə atəş açılıb.[9] Bir qrup redaksiya işçisi isə gülləbarandan xilas olmaq üçün binanın damına sığınmağı bacarıb. Charlie Hebdo qətliamı Fransa yaxın tarixində baş vermiş ən çox insan itkisi ilə nəticələnən ikinci terror aktıdır. Buna qədər isə Fransada ən çox insan itkisi ilə nəticələnmiş hadisə Vitry-Le-François terror hadisəsi hesab olunurdu. 1961-ci ilin 18 iyun tarixində Strasburq-Paris xətti ilə hərəkət edən qatarın partladılması nəticəsində 28 nəfər həlak olmuşdu.
Baş verən qətliama baxmayaraq Charlie Hebdo fəaliyyətini davam etdirmək qərarı alınmışdır. Silahlı hücumdan sonra qəzetin çap ediləcək xüsusi bıraxılışının 1 milyon tirajla çap ediləcəyi açıqlandı. Fransa hökuməti isə Charlie Hebdoya 1 milyon avro maliyyə yardımı göstərəcəyini bəyan etmişdir.