Con Vilks But
Abraham Linkolna sui-qəsd təşkil edən amerikalı teatr aktyoru / From Wikipedia, the free encyclopedia
Con Uilks But (ing. John Wilkes Booth; 10 may 1838[1][2] – 26 aprel 1865[1][2][…]) — 14 aprel 1865-ci ildə ABŞ prezidenti Abraham Linkolna Vaşinqtondakı Ford teatrında sui-qəsd təşkil edən amerikalı teatr aktyoru.
Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Con Vilks But | |
---|---|
ing. John Wilkes Booth | |
Doğum tarixi | 10 may 1838(1838-05-10)[1][2] |
Vəfat tarixi | 26 aprel 1865(1865-04-26)[1][2][…] (26 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, yazıçı, teatr aktyoru, cinayətkar, qatil |
Fəaliyyət illəri | 1855-ci ildən |
IMDb | ID6144028 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Butun atası tanınmış Şekspir rolları ifaçısı Cunius Brutus But və anası Meri Anna Holms 1821-ci ildə İngiltərədən ABŞ-yə köçmüşlər. Ailə Harford Kauntidə, Merilenndəki Bel-Erdə bir ferma satın almışdır. Con Uilks But 10 may 1836-cı ildə bu fermada anadan olmuşdur. Ona ailənin uzaq qohumu olduğu iddia edilən ingilis radikal siyasətçi Con Uilksin adı verilmişdir. Butun uşaqlığının keçdiyi ev "Tudor Holl" ailənin Harford Kauntidəki torpağında 1847-ci ildə inşa edilmişdir və bu gün də qalmaqdadır.