Dünya əhalisi
From Wikipedia, the free encyclopedia
Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyamızda 10 milyard insan yaşayacaq. 2022-ci il noyabr ayında dünya əhalisi 8 milyardı keçmişdir. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Müxtəlif vaxtlarda dünya əhalisinin təbii artımı müxtəlif olmuşdur.