Dayti Milli Parkı
From Wikipedia, the free encyclopedia
Dayti Milli Parkı (alb. Parku Kombëtar i Malit të Dajtit) ― 1966-cı ildə mərkəzi Albaniyada yaradılmış, 2006-cı ildən bəri 293,84 km² ərazini əhatə edən milli park. Park Adriatik dənizinin 40 kilometr (25 mil), Tirananın isə 26 kilometr (16 mil) şərqində yerləşir.[2] Ərazi Albaniya Qoruq Əraziləri Agentliyi (ing. Albanian Agency of Protected Areas - AKZM) və Tirana Bələdiyyəsi Parklar və İstirahət Agentliyinin (ing. Tirana Municipality Parks and Recreation Agency APR) birlikdə səlahiyyətindədir. Park ekosistem və biomüxtəlifliyin fərqliliyi üçün əlverişli şərait yaradan olduqca parçalanmış, kələ-kötür topoqrafiyası ilə seçilir.
Dayti Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1966 |
Yerləşməsi | |
41°21′57″ şm. e. 19°55′32″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı II kateqoriyaya daxil etmişdir. Park həmçinin Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli Mühüm Bitki Sahəsi (ing. Important Plant Area (IPA)) kimi tanınmışdır.[3]
2019-cu ildə ərazidə yeni turizm məlumat mərkəzi açılmışdır.[4]