Divyaka-Karavasta Milli Parkı
From Wikipedia, the free encyclopedia
Divyaka-Karavasta Milli Parkı (alb. Parku Kombëtar Divjakë-Karavasta) ― Albaniyanın qərbində, Adriatik dənizinin sahilindəki Myzeqe düzənliyindən keçən yerləşən milli park. Park bataqlıqlar, sahil çəmənlikləri, daşqın hövzələri, qamışlıqlar, meşələr və çaylar kimi özünəməxsus xüsusiyyətləri ehtiva edən 222,3 km² ərazini əhatə edir.[2][3][4] Divyaka-Karavasta Milli Parkı əhəmiyyətli quş və bitki növlərinin mövcudluğu səbəbindən beynəlxalq əhəmiyyətli quş və bitki zonası elan edilmişdir.[5][6]
Divyaka-Karavasta Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 19 oktyabr 2007 |
Yerləşməsi | |
40°55′27″ şm. e. 19°29′35″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aralıq dənizindəki ən böyük laqunlardan biri olan Karavasta laqunu Ramsar konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli bataqlıq ərazisi qəbul edilmişdir.[7][8] Karavasta laqunu Adriatik dənizindən böyük bir qum zolağı ilə ayrılır və Şkumbini və Seman çayları tərəfindən gətirilmiş çöküntülərdən əmələ gəlmişdir.[9][10] Dənizin yaxınlığında yerləşən park aralıq dənizi iqlimininə daxildir və illik temperaturu fevral ayında12 °C (54 °F), avqust ayında isə 24 °C (75 °F) arasında dəyişir.[9]
Ərazinin özünəməxsus iqlimi olduqca müxtəlif flora və faunanın inkişafına səbəb olmuşdur. Ərazi biocoğrafik baxımdan tamamilə Paleoarktik Aralıq dənizi meşələri biomunun İlliriya yarpaqlı meşələri ekoregionuna aiddir.[11] Milli parkın faunası 228 növ quş, 25 növ məməli, 29 növ sürünən və 29 növ amfibiya ilə təmsil olunur.[12] Park əsasən, dünya miqyasında nəsli kəsilməkdə olan və son dərəcə nadir görünən qıvrımlələk qutanın dünyadakı populyasiyasının 5%-nə ev sahibliyi etməsi ilə diqqət çəkir.
Parkdakı bataqlıqlar yosunların və toxumlu bitkilərdən qırtıckimilərin növləri ilə zəngindir. Meşələr aşağı çay vadilərinə və dəniz sahillərinə uyğun olaraq enliyarpaqlı və iynəyarpaqlı ağac növlərinin qarışığından ibarətdir.[13][14] Meşələr tülkü, çaqqal və cüyür də daxil olmaqla çox sayda heyvana sığınacaq verdii üçün əhəmiyyətlidir.
Park yerli balıqçılıq kooperativinin istismar etdiyi, iqtisadi cəhətdən dəyərli olan balıq növləri üçün vacib kürütökmə mühiti təmin edir.
Divyaka-Karavasta Milli Parkı təbii mənzərəsinin gözəlliyi, yerli iqtisadiyyatda rolu və turistik cazibəsi ilə tanınır. Park tədqiqatçılara geniş çeşidli vəhşi həyat təqdim edir.
Kosovo albanlarından olan iş adamı Behcət Patsolliyə məxsus inşaat şirkəti olan Mabetex tərəfindən parkın daxilində yeni bir kurort kompleksi layihəsi təklif edilmiş və ekoloqlar və yerli hakimiyyət orqanları buna şiddətlə qarşı çıxmışdır.