Drezden qəsri
From Wikipedia, the free encyclopedia
Dezden qəsri və ya Kral sarayı (alm. Dresdner Residenzschloss və ya Dresdner Schloss) — Drezden şəhərində yerləşən ən qədim binalardan biridir. Dörd yüz il ərzində bu qəsr Vettin sülaləsinin Albertinlər xəttindən olan Saksoniya seçiciləri (1547–1806) və krallarının (1806–1918) iqamətgahı olmuşdur. Qəsr həm də Barokkodan-Neointibah memarlığına kimi müxtəlif üslubların bir binadan cəmlənməsi ilə məşhurdur.
Cəld faktlar Ölkə, Şəhər ...
Drezden qəsri | |
---|---|
alm. Residenzschloss Dresden | |
51°03′10″ şm. e. 13°44′12″ ş. u. | |
Ölkə | Almaniya |
Şəhər | Drezden |
Yerləşir | Saksoniya |
Əsas tarixlər |
1533–1535 (Georq qapısı) 1565–1567 (Dəftərxana) 1586–1591 (Müzakirə zalı) 1589–1594 (Qəsr həyəti) 1705–1708 (Taschenbergpalais) 1945 (Mühafizə) 1991 II DM sonra bərpa işlərinə başlanması] (Qüllə) 2004 (Muzey) 2013 (Yenidənqurma) |
Üslubu |
Neointibah Barokko |
Vəziyyəti | restavrasiya olunur |
Rəsmi sayt | skd.museum/besuch/reside… |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bu gün qəsr binasından muzey kimi istifadə olunur və binada Tarixi və yeni Yaşıl otaq, Numizmatika kabineti, Estamp, Rəsm və Foto Kolleksiyası, Türk Ticarət Zalı ilə Cəbhəxana yerləşir. Həmçinin qəsrdə sənət kitabxansı və Drezden Dövlət Sənət Kolleksiyasının idarə ofisləri yerləşir.