E-qızlar və e-oğlanlar
From Wikipedia, the free encyclopedia
E-qızlar və e-oğlanlar, adətən e-uşaqlar[1](ing. e-girls, e-boys) kimi də bilinən 2010-cu illərin sonlarında ortaya çıxan,[2] video paylaşma tətbiqi TikTok ilə xüsusilə populyarlıq qazanan[3] E-nəsili submədəniyyətidir. Emo, scene, mall goth modasının təkamülü və yapon küçə modasının (anime, kospley, kawaii və lolita) və K-pop dəbinin birləşməsi nəticəsində yaranıb.[4][5]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
E-qızların və e-oğlanların videoları naz-qəmzəli və bir çox hallarda açıq şəkildə seksual xarakter daşıyır.[6][7] Gözlərin döndürülməsi və dillərin çıxarılması (orqazmı təqlid edən aheaqo kimi tanınan üz ifadəsi) tez-tez rast gəlinir.[8]