Elektron bank sistemi
From Wikipedia, the free encyclopedia
Elektron bank sistemi — XX əsrin 80-ci illərinin əvvəllərindən sürətlə inkişaf etməyə başlamışdır. Bank sistemində elektron bankçılığın tətbiqi inkişaf etmiş texnologiyaların tətbiqindən, azad rəqabət mühitünün olmasından asılıdır. Müasir bank sisteminin mühüm elementləri arasında kredit kartları, hesaba erişi kartları otomotik vezneler, satış nöqtəsi terminallarının, nağd hesablaşma formalarının xüsusi rol oynaması böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın müstəqilliyindən sonra bank sistemi daha da inkişaf etmiş, dövlət bankları ilə yanaşı çoxlu sayda özəl banklar da yaranmışdır. Burda elektron bankçılığın çox geniş olan depozit uyğulamalarından sadəcə beynəlxalq və ölkələrarası çərçivədə ən çox istifadə edilən, əməliyyatın sürətini artıran, işçi ehtiyaclarını azaldan xidmət vasitələrindən və elektronik bankçılıq sistemlərindən, Azərbaycanda elektronik daşıyıcılar vasitəsilə banklararası hesablaşmaların təşkili nəzərdə tutulur.