Ermənistan parlamentinə silahlı hücum
siyasi terror aktı / From Wikipedia, the free encyclopedia
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’)[5][6] — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı.
Ermənistan parlamentinə silahlı hücum | |
---|---|
| |
Ümumi məlumatlar | |
40°11′24″ şm. e. 44°30′33″ ş. u. | |
Yeri | Ermənistan parlament binası, İrəvan, Ermənistan |
Hücumun hədəfi | Vazgen Sarkisyana qarşı dövlət çevrilişi (terrorçuların iddiasına görə)[1] |
Tarix |
|
Hücum metodu | güllələmə |
Silah(lar) | AK-47 |
Ölü sayı | 8 |
Yaralı sayı | 30+[2][3] |
Terrorist sayı | 5 |
Terrorist(lər) | Nairi Hunanyan, Karen Hunanyan, Vram Qalstyan, Derenik Ecanyan, Eduard Qriqoryan[4] |
Girov sayı | təxminən 50 |
Vikianbarda əlaqəli mediafayllar |
Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər.[7]