Fateh məscidi (İstanbul)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Fateh məscidi.
Fateh məscidi — İstanbulun Fateh ilçəsində Fateh Sultan Mehmet tərəfindən inşa edilmiş olan məscid və külliyyədir. Külliyyədə 16 ədəd mədrəsə, xəstəxana, Qonaq evi, imarətxana, kitabxana, hamam yerləşir. Şəhərin yeddi təpəsindən birində inşa edilmişdir. Məscid 1766-cı il zəlzələsində uçduqdan sonra təmir edilərək 1771-ci ildə bugünkü halını Almışdır. 1999-cu ildə Gölcük zəlzələsi zamanı bünövrəsində çatlar təspit edilən məsciddə 2008-ci ildə Vakıflar Genel Müdürlüyü tərəfindən yenidənqurma işləri başladılmış və 2012-ci ildə ibadətə açılmışdır.[1]
Cəld faktlar Ölkə, Şəhər ...
Fateh məscidi | |
---|---|
41°01′10″ şm. e. 28°56′58″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Atik Sinan, Mehmet Tahir |
Əsas tarixlər | 1771 - Zəlzələdən sonra bərpa edilib. |
Tikilmə tarixi | 1463 |
Üslubu | Osmanlı memarlığı |
Material | qranit |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla