Hepbörn sistemi
From Wikipedia, the free encyclopedia
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar.
Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır.