Heybətulla Axundzadə
From Wikipedia, the free encyclopedia
Heybətulla Axundzadə (dəri ھِبت الله اخوندزاده; puşt. ھِبت الله اخوندزاده; 1961, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — Əfqanıstanın siyasi və dini lideri, Əfqanıstan İslam Əmirliyinin rəhbəri.
Cəld faktlar Əfqanıstan İslam Əmirliyinin lideri, Əvvəlki ...
Heybətulla Axundzadə | |
---|---|
puşt. ھیبت الله اخوندزاده | |
Vəzifədədir | |
15 avqust 2021-ci ildən | |
Əvvəlki | Əşrəfqani Əhmədzay |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri |
|
Partiya | |
Fəaliyyəti | rəhbər[d], dini rəhbər[d] |
Dini | sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Ali Baş Komandan |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Axundzadə Talibanla bağlı verdiyi fətvalarla tanınır. O, Əfqanıstan İslam Əmirliyinin şəriət məhkəmələrində islam hakimi vəzifəsində çalışıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, o, hərbçi olmayıb. O, 2016-cı ilin mayında öncəki lider Axtar Mənsurun pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülməsindən sonra Talibanın lideri seçilib.
Əfqanıstan İslam Respublikasının süqutundan sonra Axundzadənin tezliklə yeni yaradılmış Əfqanıstan İslam Əmirliyi üzərində həm dini, həm də siyasi hakimiyyətin ali lideri elan ediləcəyi gözlənilir.