Jahorina dağı
From Wikipedia, the free encyclopedia
Jahorina (Şablon:Dil-sr-cyr ) - Bosniya və Hersoqovinada dağ zirvəsi. Zirvə Pale (Bosniya və Herseqovina), Trnovo (Serbiya) və Bosniya ərazisində Trnovo bölgələrinin birləşdiyi ərazidə yerləşir. Jahorina Dinar Alplarının bir hissəsi hesab olunur. Trebeviç silsiləsi ilə həmsərhəddir. Jahorinanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 1916 metrdə yerləşir. Bu göstərici ilə zirvə Saraevo dağlarında ikinci ən yüksək zirvədir ( Belaşnisa, 2067 m). Dağın qərb yamaclarında eyni adlı milli park yaradılıb. Serbiya Respublikası ilə Bosniya və Herseqovina arasında olan sərhəd bu dağ ırazisindən keçir.
Jahorina dağı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.916 m |
Yerləşməsi | |
43°43′36″ şm. e. 18°34′37″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Jahorina dağ-xizək kurortu dağ yamacında yerləşir. 1984 Qış Olimpiya Oyunlarının dağ-xizək idmanı üzrə qadınların yarışması bu ərazidə keçirilmişdir.[1] Jahorina kurortu Bosniya və Herseqovinanın ən böyük və ən populyar dağ-xizək kurort zonasıdır. Kurort ərazisində dağda xizəklə sürüşmək, snoubord, yürüş və s. populyardır.
Dağ ərazisindən keçən əsas yollar şimaldan cənub istiqamətdə keçir. Əsas mağistiral yol M5-dir. Sarayevo-Vışeqrad şəhərlərini birləşdirir.