Köhnə-Yeni sinaqoq
From Wikipedia, the free encyclopedia
Köhnə-Yeni sinaqoq (çex. Staronová synagoga; alm. Altneu-Synagoge) — Praqa şəhərində hələ də dini mərasimlər üçün istifadə olunan Avropada ən qədim sinaqoqlardan biridir[1]. O, həmçinin Mərkəzi Avropada ən qədim sinaqoqlardan, Yozefov rayonunun isə mühafizə olunmuş ən köhnə binalarından sayılır.
Köhnə-Yeni sinaqoq | |
---|---|
Staronová synagoga | |
50°05′24″ şm. e. 14°25′07″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Yozefov |
Aidiyyatı | Yəhudilik |
Tikilmə tarixi | 1270 |
Üslubu | Qotika |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | synagogue.cz |
Çexiyanın milli irsi | |
İstinad nöm. | 1-452 |
Vikianbarda əlaqəli mediafayllar |
Sinaqoqun əsası guman olunur ki, XIII əsrin ikinci yarısında günümüzə qədər saxlanılmış Köhnə şəhərin orijinal salçılıq sahələrinin üzərində qoyulmuşdur (XIII əsrdə daşqından mühafizə tədbirləri çərçivəsində bina Köhnə Şəhərin ümumi səviyyəsindən 1–3 m yüksəldilmişdir)[2].
Sinaqoqun yaradılması, yəhudi qəbiristanlığının meydana gəlməsi ilə birgə Praqanın Nove Mesto rayonunda yəhudi bağının (çex. Židovská zahrada) əsasının qoyulması ilə sıx bağlıdır. Sinaqoq tədricən yəhudi məhəlləsinin mərkəzinə çevrilir. Onun yaxınlığında açıq bir yer mövcud idi, insanlar buraya bazarlıq etmək və ya paltar yumaq üçün üz tuturdular. Çoxsaylı yanğınlar zamanı ətrafdakı taxta evlərdən sinaqoqa alovun keçməməsini və maksimal şəkildə təhlükəsizliyini təmin etmək məqsədilə, bu məkan daha çox yanğından mühafizə alanı funksiyasını yerinə yetirirdi[3].