Kənd təsərrüfatı tarixi
From Wikipedia, the free encyclopedia
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi.
Elm tarixi |
Mövzuya görə |
---|
Riyaziyyat tarixi |
Təbiət elmləri |
Astronomiya |
Biologiya |
Botanika |
Coğrafiya |
Geologiya |
Torpaqşünaslıq |
Fizika |
Kimya |
Ekologiya |
İctimai elmlər |
Tarix |
Dilçilik |
Psixologiya |
Sosiologiya |
Fəlsəfə |
İqtisadi təlimlər |
Texnologiya |
Hesablama avadanlığı |
Kənd təsərrüfatı |
Tibb |
Naviqasiya |
Kateqoriya |
Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu,mərcimək,kürüşnə,qoyunnoxudu və adi kətan — Levantda becərilirdi.[1] Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır.[2] Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə. XI–IX minilliklər arasında qoyunlar əhliləşdirildi. 8500-cü il bundan əvvəl ibtidai öküz müasir Türkiyə və Pakistan ərazilərində əhliləşdirilmişdi. Şəkər qamışı və bəzi kök tərəvəzləri Yeni Qvineyada eramızdan əvvəl VII minillikdə yabanı bitkidən mədəni bitki halına gətirilmişdi. Sorqo, e.ə. III minillikdə Afrikanın Sahel bölgəsində əkilmişdi. Cənubi Amerikanın And dağlarında kartof, eramızdan əvvəl VIII–V minilliklər arasında əkilməyə başlamış, onunla birlikdə yabanı lobyada mədəni lobya halına gətirilmiş, koka,lama,alpaka və dəniz donuzları əhliləşdirilmişdi. Banan, eyni dövrdə Papua Yeni Qvineyada becərildi və hibrid edildi. Mesoamerika xronologiyasına görə, qarğıdalı e.ə. IV minillikdə becərilməyə başlandı. Pambıq,3600 il bundan əvvəl Peruda əkilməyə başlandı. Dəvələr gec, e.ə. III minillikdə əhliləşdirildi.
Tunc dövrü,3300 il bundan əvvəl,Mesopotamiya Şumeri,Qədim Misir, Hindistan yarımadasının Hind vadisi mədəniyyəti, qədim Çin və qədim Yunanistan kimi mədəniyyətlərdə əkinçiliyin intensivləşməsinə şahid oldu. Dəmir dövründə və antik dövrdə, həm Respublika, həm də İmperatorluğun , qədim Aralıq dənizi və Qərbi Avropada genişlənməsi mövcud əkinçilik sistemləri üzərində, orta əsr əkinçiliyinin təməl qayasına çevrilmiş manorial sistem qurulmuşdur. Orta əsrlərdə həm İslam dünyasında, həm də Avropada əkinçilik təkmilləşdirilmiş texnika ilə dəyişdirildi,şəkər,düyü,pambıq və portağal kimi meyvə ağaclarının Əl-Əndəlus yolu ilə Avropaya gətirilməsi daxil olmaqla bitki bitkilərinin yayılmasına rəvac verdi. 1492-ci ildə Xristofor Kolumbun səyahətlərindən sonra, Kolumbiya mübadiləsi ilə qarğıdalı,kartof,qramafonçiçək batat və maniok kimi Yeni dünya məhsulları Avropaya,buğda,arpa,düyü və şalğam kimi Köhnə dünya bitkiləri ilə yanaşı, atlar, mal-qara, qoyun və keçi daxil olmaqla heyvandarlığı Amerikaya gətirdi.
Suvarma, əkin dövriyyəsi və gübrələr Neolit inqilabından qısa müddət sonra tətbiq olundu və İngilis aqrar inqilabından başlayaraq son 200 ildə daha da inkişaf etdi. 1900-cü ildən bəri, inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında, insan əməyinin mexanizasiya ilə əvəz olunduğu və sintetik gübrələrin, pestisidlərin və süni seçmənin tətbiqinin köməkliyi ilə məhsuldarlıqda böyük artımlar göründü. Haber-Boş prosesi sənaye miqyasında ammonium nitrat gübrəsinin sintezinə imkan verərək məhsuldarlığı xeyli artırdı. Müasir kənd təsərrüfatı, əhalinin çoxluğu,səth sularının çirklənməsi,bioyanacaq,GMO (Genetik Modifikasiya olunmuş Orqanizm),gömrük rüsumu və təsərrüfat subsidiyaları da daxil olmaqla sosial, siyasi və ətraf mühit problemlərini artırdı. Buna cavab olaraq organik əkinçilik XX əsrdə sintetik pestisidlərin istifadəsinə alternativ olaraq inkişaf etmişdir.